Avropa İttifaqı Polşaya 44 milyard avro ayırıb
Tarix: 28-01-2026 09:26 | Bölmə: İqtisadiyyat

Avropa İttifaqı Polşaya 44 milyard avro ayırıb

Avropa Komissiyası Polşanın Avropa İttifaqının "SAFE" proqramı çərçivəsində təxminən 44 milyard avrodan istifadə etmək barədə planını çox müsbət qiymətləndirib. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, ayrılan bu vəsaiti ölkənin təhlükəsizliyi ilə bağlı investisiyalara yönləndirməyi nəzərdə tuturlar.

Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, növbəti mərhələdə Avropa Şurasının icra qərarı və kredit sazişlərinin imzalanması gözlənilir.

Qeyd edək ki, "SAFE" fondunun kapitalı 150 milyard avro həcmindədir. Polşa dövləti bu məbləğin təxminən üçdə biri qədər, yəni 43,7 milyard avro yardım alacaq. Bu yeni proqram həm də süni intellektin 2030-cü ilə qədər hərbi gücləndirmə planının tərkib hissəsidir.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb