Nə qədər dövlət borcumuz var? - Rəqəm açıqlanıb
Tarix: 28-01-2026 15:00 | Bölmə: İqtisadiyyat

Nə qədər dövlət borcumuz var? - Rəqəm açıqlanıb

1 yanvar 2026-cı il tarixinə Azərbaycan Respublikasının dövlət borcunun (xarici və daxili) ümumi məbləği 25987,5 milyon manat və ya 2025-ci il üzrə 129094,0 milyon manat məbləğində ümumi daxili məhsulun (ÜDM) 20,1 faizini təşkil edir.

Reyting.az xəbər verir ki, daxili dövlət borcunun səviyyəsi isə 2026-cı il 1 yanvar tarixinə 17804,5 milyon manat və ya ÜDM-in 13,8 faizi səviyyəsində olub.

2025-ci ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 2399,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. 2025-ci il ərzində dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 757,0 milyon manat (əsas borc üzrə 136,8 milyon manat, faiz borcu üzrə 620,2 milyon manat), xarici dövlət borcu üzrə 1342,5 milyon manat olmaqla (əsas borc üzrə 959,7 milyon manat, faiz borcu üzrə 382,8 milyon manat), ümumilikdə 2099,5 milyon manatın ödənilməsi təmin edilib. 2025-ci il üzrə dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərində ümumilikdə 300,1 milyon manat məbləğində qənaət formalaşdırılıb.





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb