Kəmaləddin Qafarovun şirkəti hospitalla sövdələşib
Tarix: 29-01-2026 14:21 | Bölmə: İqtisadiyyat

Kəmaləddin Qafarovun şirkəti hospitalla sövdələşib

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təsərrüfat hesablı Mərkəzi Hospitalı tərəfindən antibakterial preparatların satın alınması ilə bağlı müsabiqə keçirilib...

Reyting.az xəbər verir ki, satınalmanın qalibi “AZƏRİ MED” Qapalı Səhmdar Cəmiyyəti olub. Qurumla 1.059.361,53 manat məbləğində müqavilənin bağlanılması gözlənilir.

Qeyd edək ki, “Azəri Med”in qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlu olsa da, mətbuatda yayımlanan və təkzib olunmayan məlumata görə, şirkət Milli Məclisin deputatı Kəmaləddin Qafarova məxsusdur.

Şirkət xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edir. Bundan başqa, QSC-yə “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aprtek” kimi brendlər daxildir. (32gün.az)





Bölməyə aid digər xəbərlər
27-01-2026, 10:37 ARDNF-in aktivləri artıb