18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Yeni vaksinin uğurlu sınağı şirkətləri varlandırıb
Tarix: 17-11-2020 11:35 | Bölmə: İqtisadiyyat
Yeni vaksinin uğurlu sınağı şirkətləri varlandırıb

“BioNTech” və “Pfizer” şirkətlərinin koronavirus əleyhinə hazırladığı potensial vaksinin kliniki sınaqlar zamanı 90 faizdən çox effekt verdiyi bəyan olunan kimi bu şirkətlərin səhmləri bahalaşıb.

CNN kanalı xəbər verir ki, yeni vaksinin 90 faizdən çox effekt verdiyi noyabrın 9-da açıqlanıb.

Bundan bir gün sonra “BioNTech” şirkətinin səhmləri 15 faiz, “Pfizer”in səhmləri isə 8 faiz artıb.

“BioNTech” Almaniya şirkətidir. Bu şirkətin sahibləri türk əsilli alimlər Uğur Şahin və onun xanımı Özləm Türəcidir. Onlar Almaniya vətəndaşıdırlar. Vaksini kəşf edən də Uğur Şahin və Özləm Türəcidir. Vaksinin bazara çıxarılması üçün onlar “Pfizer” şirkəti ilə müqavilə bağlayıblar.

Vaksinin kliniki sınaqlar zamanı 90 faizdən çox effekt verməsinə dair açıqlamanı noyabrın 9-da “BioNTech” və “Pfizer” şirkətləri birgə açıqlayıb.

“Pfizer” ABŞ şirkətidir. Bu şirkətin rəhbəri əslən yunan olan Albert Burladır.(Novator.az)




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər