18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
ABŞ-ın neft ehtiyatları 490 milyon barelə yaxınlaşır
Tarix: 19-11-2020 09:46 | Bölmə: İqtisadiyyat
ABŞ-ın neft ehtiyatları 490 milyon barelə yaxınlaşır

Ötən həftənin yekunlarına görə (9-13 noyabr), ABŞ-ın kommersiya neft ehtiyatları 0,77 mln. barel artaraq 489,47 mln. barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1,65 mln. barel artacağını proqnozlaşdırırdı/APA.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər