18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Ermənistanda gündəlik tələbat malları bahalaşır
Tarix: 19-11-2020 10:16 | Bölmə: İqtisadiyyat
Ermənistanda gündəlik tələbat malları bahalaşır

Ermənistanda gündəlik tələbat və ərzaq məhsulları bahalaşır.

Bunu “Joxovurd” qəzeti yazıb.

Bildirilib ki, Ermənistanda bu il yanvar-sentyabr aylarında ət və ət məhsullarının istehsalı artsa da, qiyməti artıb.

Məlumata görə, hesabat dövründə donuz ətinin istehsalı 10,1 faiz azalıb. Bundan başqa, bu ilin ilk 9 ayında kolbasa istehsalında da 2,2 faiz azalma müşahidə olunub. Erməni ekspertlərin fikirincə, istehlakçıların sayı azalıb.

Bu statistika sentyabrın 27-dən əvvəlki dövrə aiddir. Ekspertlər bildirib ki, yaxın zamanlarda qiymətlərin bahalaşması yalnız ət və ət məhsullarında deyil, başqa mallarda da müşahidə olunacaq/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər