18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb
Tarix: 19-11-2020 17:33 | Bölmə: İqtisadiyyat
Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları azalıb

Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 2,890 mlrd ABŞ dolları, yaxud 3,4% azalaraq 82,351 milyard ABŞ dolları təşkil edib.

Türkiyə mətbuatı xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Məlumata görə, valyuta ehtiyatlarının 41,977 milyard ABŞ dolları qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 1,350 milyard ABŞ dolları, yaxud 3,1% azdır.

Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,540 mlrd ABŞ dolları, yaxud 6,8 % azalaraq 40,374 milyard ABŞ dolları təşkil edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər