18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Bank rəhbəri vəzifədən kənarlaşdırılıb
Tarix: 25-11-2020 10:17 | Bölmə: İqtisadiyyat
Bank rəhbəri vəzifədən kənarlaşdırılıb

"AccessBank"ın İdarə Heyətinin tərkibindəki dəyişiklik edilib. Bankın İdarə Heyətinin sədri Anar Həsənov bu ilin dekabr ayının sonunda tutduğu vəzifəni tərk edir.

Reyting.az
xəbər verir ki, bu barədə "APA-Economics"ə "AccessBank"dan bildirilib.

"Anar Həsənov 2002-ci ildə bankda əmək fəaliyyətinə başlamış ilk əməkdaşlardan biridir. O, 2018-ci ildə İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib. Anar Həsənovun bankdan ayrılmasından sonra İdarə Heyətinin yeni sədrinin seçilib, bankın beynəlxalq səhmdarları və Mərkəzi Bank tərəfindən təsdiqlənməsinədək sədr vəzifəsini Yevgeniya Qaşikulina icra edəcək", - bankdan bildirilib.

Qeyd edək ki, A. Həsənov fəaliyyətini "Yelo Bank"da davam etdirəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər