18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanın bank sektorunda işləyənlərin sayı azalıb
Tarix: 26-11-2020 09:30 | Bölmə: İqtisadiyyat
Azərbaycanın bank sektorunda işləyənlərin sayı azalıb

2020-ci ilin oktyabr ayında Bank sektorunda işləyənlərin sayı 19 nəfər azalıb.

Mərkəzi Bankın statistik mlumatında bildirilir ki, bank işçilərinin sayı 31 oktyabr 2020-ci ildə 18 min 536 nəfər təşkil edib. Bu, sentyabr ayının sonunda 18 min 555 nəfər olub.

Ötən ilin sonu ilə müqayisədə bank işçilərinin sayı 924 nəfər, son 7 ayda isə 1310 nəfər azalıb. 31 dekabr 2019-cu ildə bank işçilərinin sayı 19 min 460 nəfər, 31 mart 2020-ci ildə isə 19 min 846 nəfər idi.

Bu il Azərbaycanda 4 bankın lisenziyasının ləğv edilməsi işçilərin ixtisarına da səbəb olub.

Qeyd edək ki, 2020-ci ilin 10 ayı ərzində bankların filiallarının sayı 65 azalaraq 444-ə, şöbələrinin sayı isə 17 azalaraq 116-ya geriləyib.(Marja)

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər