18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"OPEC+" nazirlərinin görüşü təxirə salınıb
Tarix: 01-12-2020 09:56 | Bölmə: İqtisadiyyat
"OPEC+" nazirlərinin görüşü təxirə salınıb

Dekabrın 1-də keçirilməsi planlaşdırılan "OPEC+" (OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft hasilatının azaldılması üzrə təşəbbüs) ölkələrinin nazirlər toplantısı təxirə salınıb.

Bu barədə TASS mənbələrinə istinadən xəbər verib.

Məlumata görə, görüş 3 dekabr tarixində, Bakı vaxtı ilə saat 17:00-da video-konfrans formatında keçiriləcək. İclasdan əvvəlki vaxt isə qeyri-rəsmi məsləhətləşmələr üçün istifadə ediləcək.

Qeyd edək ki, bundan əvvəl "OPEC+" ölkələri 2021-ci ilin ilk aylarında neft hasilatının hansı həcmdə azaldılması barədə bir fikir birliyinə gələ bilməmişdi. 30 noyabr və 1 dekabr tarixlərində bir sıra "OPEC+" ölkələri nazirlər səviyyəsində bir neçə iclas keçirəcək, nəticədə razılaşma çərçivəsində alyans tərəfindən 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatının 2 mln. barel artımının olub-olmaması barədə qərar verilməlidir. Aprel ayının 12-də "OPEC+" ölkələri  nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər