18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti yenidən artırılır
Tarix: 02-12-2020 15:26 | Bölmə: İqtisadiyyat
Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti yenidən artırılır

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və dekabrın 4-də qüvvədən düşməli olan “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti yenidən artırılacaq.

Məlumata görə, bununla bağlı qanun layihəsi hazırlanıb və yaxın günlərdə Milli Məclisə təqdim ediləcək.

Bununla belə, qanunun qüvvədə olma müddətinin nə qədər artırılacağı hələ ki, açıqlanmır.

Xatırladaq ki, Azərbaycanda “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər