18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
"Fitch": "Gələn il neftə tələbatın tam bərpa olunma ehtimalı azdır"
Tarix: 02-12-2020 15:31 | Bölmə: İqtisadiyyat
"Fitch": "Gələn il neftə tələbatın tam bərpa olunma ehtimalı azdır"

Qlobal neft və qaz bazarları 2021-ci il ərzində bərpa olunacaq, lakin əhalinin peyvənd olunmasında sürətli irəliləyiş olmadığı təqdirdə neftə tələbatın tam bərpa olunma ehtimalı azdır.

Bu barədə "Fitch" reytinq agentliyinə açıqlamasında deyilir.

Qeyd olunur ki, qlobal neft-qaz bazarı 2021-ci ildə bərpa yoluna düşəcək, lakin irəliləyişlər orta səviyyədə və qeyri-müəyyən olacaq. "Fitch" ekspertlərinin fikrincə, "OPEC+" razılaşması çərçivəsində yerinə yetirilən tədbirlər 2021-ci ildə qiymət dəyişkənliyini aradan qaldırılmasına yönəldiləcək və volatilliyin azaldılmasına kömək edəcək. Buna baxmayaraq, "OPEC+" çərçivəsində yerinə yetirilən məhdudiyyətlər 2020-ci ilin əvvəli ilə müqayisədən daha lokal və zəif səviyyədə olacaq.

Təbii qaz qiymətləri baxımından "Fitch" tələbatın yüksək olması səbəbindən qlobal ortalamanın 2021-ci ildə yüksələcəyini gözləyir, lakin qlobal mayeləşdirilmiş təbii qaz (LNG) bazarının iş qabiliyyətindən əziyyət çəkməyə davam edəcəyini qeyd edir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər