Dünya bazarında təbii qaz və neft ucuzlaşıb
Tarix: 03-12-2020 09:33 | Bölmə: İqtisadiyyat
Dünya bazarında təbii qaz və neft ucuzlaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti enib.

Yanvarda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,47 faiz azalaraq 2,744 ABŞ dolları təşkil edib.

Neftin qiymətində də azalma müşahidə olunur. Məlumata görə, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarında "Brent" neftinin ixracına dair 2021-ci ilin fevral müqaviləsinin dəyəri 0,15 faiz azalaraq 1 barelə görə 48,18 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında gələn ilin yanvarında ixrac edilməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,24 faiz azalaraq 45,17 dollar olub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}