18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Tramp büdcə layihəsinə veto qoyacaq: "Bu, milli təhlükəsizlik və seçki üçün təhlükədir"
Tarix: 04-12-2020 11:34 | Bölmə: İqtisadiyyat
Tramp büdcə layihəsinə veto qoyacaq: "Bu, milli təhlükəsizlik və seçki üçün təhlükədir"

ABŞ Prezidenti Donald Tramp hərbi büdcə ilə bağlı layihəyə veto qoymaq niyyətini təsdiqləyib.

Bu barədə D. Tramp "Twitter"də bildirib.

“Ölkəmiz üçün çox kədərlidir. Ceyms Aynhof (Respublikaçı, Senatın Hərbi məsələlər Komitəsinin sədri) 230-cu bəndin (kommunikasiya etikası qanununu) ləğvini hərbi büdcə layihəsinə daxil etməyəcək. Bu, milli təhlükəsizlik və seçki üçün təhlükədir. Belə olan halda bu məsələni həll etmək üçün son şans odur ki, mən bu layihəyə veto qoyacağam”, - deyə D. Tramp qeyd edib.

Qeyd edək ki, Kommunikasiya Etikası Aktının 230-cu maddəsi, texnologiya şirkətlərini istifadəçi tərəfindən təqdim olunan məzmunun yerləşdirilməsi, silinməsi və ya başqa bir şəkildə moderasiya edilməsinə görə məhkəməyə cəlb edilməsindən müdafiə edir/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər