18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Dünya Bankı: "Yoxsulluq həddində yaşayan insanların sayı artacaq"
Tarix: 05-12-2020 12:55 | Bölmə: İqtisadiyyat
Dünya Bankı: "Yoxsulluq həddində yaşayan insanların sayı artacaq"

Bu il dünyada yoxsulluq həddində yaşayan insanların sayı 88-115 milyon nəfər arasında dəyişəcək.

Bu barədə Dünya Bankının yoxsulluqla bağlı açıqladığı hesabatın dekabr sayında bildirilir.

Sənəddə həmçinin deyilir ki, gələn il bu rəqəm 22-35 milyon nəfər artaraq 110-150 milyon nəfər arasında dəyişə bilər.

"İqtisadi böhran əksər ölkələrdə bərabərsizliyin artmasına, insan kapitalı itkisinə şərait yaradacaq və inkluziv inkişafa geri qayıtmağa mane olacaq”, - deyə qurum bəyan edib.

Dünya Bankı yoxsulların sayının artmasını koronavirus (COVID-19) pandemiyası, silahlı münaqişələr və iqlim dəyişiklikləri ilə izah edir.

"Məsələn, iqlim dəyişiklikləri 2030-cu ilə qədər daha 100-132 milyon insanı yoxsulluğa sürükləyə bilər. Onların bir çoxu isə institusional kövrəklik və yaxud münaqişə olan ölkələrdə yaşayır. Bu məkanlar yoxsulluğun daha çox olduğu yerlərdir. Məhz bu ərazilərdə yaşayan və çoxşaxəli şoklara məruz qalan insanları xilas etmək üçün daha çox cəhdlər göstərəməyə ehtiyac yaranacaq. Həmçinin münaqişlər nəticəsində Orta Şərq və Şimali Afrikada eksterimal yoxsulluq həddinin də artacağını düşünürük. Belə ki, Suriya və Yəməndə 2015-ci ildə eksterimal yoxsulluq həddi 3,8 % idisə, 2018-ci ildə bu təxminən 2 dəfə artaraq 7,2 %-ə çatıb”, - deyə təşkilat bəyan edib/Report.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər