18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti artırılır
Tarix: 07-12-2020 16:22 | Bölmə: İqtisadiyyat
Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti artırılır

Azərbaycanda 2016-cı ildə qəbul edilmiş və bu il dekabrın 4-də qüvvədən düşmüş “Əmanətlərin tam sığortalanması haqqında” qanunun qüvvədə olma müddəti daha 4 ay artırılacaq.

Məlumata görə, bununla bağlı hazırlanmış qanun layihəsi artıq Milli Məclisə daxil olub.

Sənəddə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb/Report.

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də, Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər