18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
AİB Gürcüstana koronavirusla mübarizə üçün 2,5 mln. dollarlıq qrant ayırıb
Tarix: 08-12-2020 12:13 | Bölmə: İqtisadiyyat
AİB Gürcüstana koronavirusla mübarizə üçün 2,5 mln. dollarlıq qrant ayırıb

Asiya İnkişaf Bankı (AİB) yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə kömək məqsədilə Gürcüstana 2,5 mln. ABŞ dolları dəyərində qrantın ayrılmasını təsdiqləyib.

Məlumata görə, Yaponiya hökumətinin dəstəyi ilə Asiya-Sakit okean regionunda Fəlakətlərlə Mübarizə Fondundan "COVID-19 Təcili Yardım Layihəsi" adlı qrant Gürcüstanda pandemiyadan təsirlənən icmalar üçün xilasetmə xidmətlərinin göstərilməsində istifadə ediləcək.

Qeyd edək ki, noyabr ayında AİB Gürcüstanın dövlət maliyyə idarəetməsi və sosial müdafiə sistemlərindəki əsas problemləri həll etmək və COVID-19 pandemiyasından təsirlənən iqtisadiyyatının bərpasını dəstəkləmək üçün ölkəyə 200 mln. dollar məbləğində kreditin ayrılmasını təsdiqləyib. Bu kredit ölkəyə pandemiyanın sosial, iqtisadi və sağlamlığa mənfi təsirlərin yumşaldılmasına yönəldilib.

Xatırladaq ki, sözügedən kredit may ayında bank tərəfindən ölkə üzrə təsdiqlənən və dövlətin sosial yardım tədbirlərinin maliyyələşdirilməsinə və böhrana daha həssas olan əhaliyə dəstəyin göstərilməsinə yönələn 100 mln. dollarlıq kredit xəttini tamamlayır/APA.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər