14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
12:57 / 18-09-2025
Zakir Həsənov Çinə gedib
12:47 / 18-09-2025
Sabah yağış yağacaq
Ölkəmizdə gündəlik xam neft hasilatı açıqlanıb
Tarix: 14-05-2022 10:16 | Bölmə: İqtisadiyyat
Ölkəmizdə gündəlik xam neft hasilatı açıqlanıb

2022-ci ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 693,1 min barrel olub.

Bu barədə Reyting.az-a Energetika Nazirliyindən bildiriblər.

Məlumata görə, hasilatın 579,1 min barrelini xam neft, 114 min barrelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin 26-cı iclasında qəbul edilmiş razılaşmaya əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin aprelində daha 7 min barrel artırılaraq 682 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 36 min barrel həcmində olması nəzərdə tutulurdu.




Bölməyə aid digər xəbərlər