17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Avropa yenə təbii qaz problemi ilə üzləşir
Tarix: 29-10-2025 20:06 | Bölmə: İqtisadiyyat
Avropa yenə təbii qaz problemi ilə üzləşir

Treyderlər Avropa Birliyinin (AB) bəzi ölkələrində temperaturun düşməsi fonunda qaz ehtiyatlarının adekvatlığı ilə bağlı riskləri, soyuq hava və Ukraynanın əlavə qaz idxalına ehtiyacının tələbatı artırma ehtimalını qiymətləndirirlər.

Reyting.az
xəbər verir ki, təbii qaz fyuçersləri 0,9 faiz artaraq meqavat-saat üçün təxminən 32 avroya (1000 kubmetr üçün təxminən 330 avro) çatıb.

Son günlər Avropada mayeləşdirilmiş təbii qazın dəniz yolu ilə daşınması azalıb, üstəlik, bir neçə yataqda aparılan təmir işləri səbəbindən Avropa İttifaqının əsas təchizatçısı olan Norveçdən boru kəməri ilə təbii qaz idxalı aşağı enib.

Bildirilir ki, bu, qazın təchizatı ilə bağlı narahatlıqlar yaradır, çünki şimal-qərbi Avropada temperaturun mülayim hava şəraitindən sonra soyuyacağı gözlənilir.

Məlumata görə, Avropa qaz anbarlarını 83 faizə qədər doldura bilsə də, istilik mövsümünün əvvəlində kəskin soyuma səbəbindən bəzi ölkələr artıq qaz ehtiyatlarını istifadə etməyə başlayıblar.

Qeyd edilir ki, Avropa qaz bazarı da qlobal təchizatda gözlənilməz və ya uzunmüddətli fasilələrə və ya yüklər üçün artan rəqabətə həssasdır. Müvafiq olaraq, bu amillər qaz qiymətlərini artıracaq.

Jurnalistlər yazırlar ki, Rusiyanın Ukrayna qaz istehsalı infrastrukturuna hücumları nəticəsində istehsal gücünün təxminən 60 faizi məhv edilib və Ukrayna Avropa Birliyindən daha çox qaz idxal etmək məcburiyyətində qalacaq.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər