17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Yaponiya Trampın tələbinə əməl etməyəcək
Tarix: 29-10-2025 20:15 | Bölmə: İqtisadiyyat
Yaponiya Trampın tələbinə əməl etməyəcək

Yaponiyanın baş naziri Sanae Takaiçi Tokioda ABŞ lideri Donald Trampla görüşündə ölkəsinin Rusiya qazının idxalını dayandırmasının çətin olacağını bildirib.

Reyting.az
-ın məlumatına görə, Rusiyanın mayeləşdirilmiş təbii qazı məsələsi 28 oktyabrda liderlərin ikitərəfli görüşündə qaldırılsa da, Takaiçi Trampa işarə edib ki, Yaponiya Rusiya qazını almağı dayandırsa, bu, yalnız Pekin və Moskvanı məmnun edəcək.

Xatırladaq ki, Rusiya təchizatı Yaponiyanın ümumi LNG idxalının təxminən 9 faizini təşkil edir və “Mitsui” və “Mitsubishi” Rusiyanın Uzaq Şərqindəki Saxalin-2 LNG layihəsində paya sahibdirlər.

Qeyd edək ki, Trampın bu həftə Asiyaya səfərindən əvvəl Rusiya enerji alıcılarını idxalı dayandırmağa və ən böyük iki neft ixracatçısı olan “Rosneft” və “Lukoil”a qarşı sanksiyalar tətbiq etməyə, Moskvaya Ukraynaya qarşı səbəbsiz təcavüzünə son qoymaq üçün təzyiqi artırmağa çağırıb.

Çin və Hindistan Rusiya enerjisinin əsas alıcıları olsa da, Hindistanın bir çox neft emalı zavodları ötən həftə ABŞ sanksiyalarından sonra Rusiya nefti üçün yeni sifarişləri dayandırıb.

Yaponiya isə son bir neçə ildə tədarükünü şaxələndirmək üçün ABŞ-dan mayeləşdirilmiş təbii qaz alışını artırıb. Əsas təchizatçısı olan Avstraliyadan imtina edib və Rusiyanın Saxalin-2 layihəsi ilə təchizat müqavilələrinin bitməsinə hazırlaşır.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər