Hindistan qızıl ehtiyatını ölkəyə qaytarır
Tarix: 30-10-2025 09:23 | Bölmə: İqtisadiyyat
Hindistan qızıl ehtiyatını ölkəyə qaytarır

Hindistan xarici ölkələrdə saxladığı bütün qızıl ehtiyatlarının repatriasiyasını sürətləndirib. Hazırda ölkə daxilində saxlanılan qızıl ehtiyatlarının payı 65 faizə çatıb ki, bu da, dörd il əvvəlki ehtiyatdan iki dəfə çoxdur.

Reyting.az
"Bloomberg" agentliyinə istinadla xəbər verir ki, 2025-ci ilin aprelindən sonra Hindistan 64 ton qızılı ölkəyə qaytarıb.

Məlumata görə, bu addım, Qərbin 2022-ci ildə Rusiyanın aktivlərini dondurmasından sonra milli sərvətlər üzərində nəzarəti gücləndirmək məqsədi daşıyır.

Qeyd edək ki, Hindistan Mərkəzi Bankı ABŞ dollarından asılılığı nisbətən azaltmaq üçün dünyanın ən iri qızıl alıcılarından birinə çevrilib. Bu isə ABŞ xəzinə istiqrazlarına yatırımların tədricən azalmasına səbəb olub.

Bəzi Qərb ekspertləri hesab edirlər ki, Hindistan dövlətinin qızıl ehtiyatları ilə bağlı atdığı addımlar, ümumilikdə bu cür tendensiya tədricən Qərb iqtisadi hegemoniyasının zəifləməsi, qlobal iqtisadi sistemdəki dəyişikliklərin sürətlənməsi ilə nəticələnir.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər