12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Deputat: “Həkimlərin, müəllimlərin əməkhaqlarına yenidən baxılsın”
Tarix: 15-05-2018 12:17 | Bölmə: İqtisadiyyat
Deputat: “Həkimlərin, müəllimlərin əməkhaqlarına yenidən baxılsın”

“2018-ci ilin dövlət büdcəsində neftin qiyməti 45 dollardan götürülüb. Hazırda isə neftin qiyməti 75 dollardan yuxarıdır. Ona görə də may ayında dövlət büdcəsinə yenidən baxılmalıdır”.

Reyting.az
-ın xəbərinə görə, bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib.

Deputat bildirib ki, ölkə başçısının göstərişi əsasında Strateji Yol Xəritəsindən irəli gələn məsələlərlə bağlı Azərbaycanda çox ciddi işlər görülür.

“Ona görə də investisiya qoyulan sahələr nəzərdən keçirilməlidir. Hesab edirəm ki, dövlət büdcəsində həkimlərin, müəllimlərin əməkhaqlarına yenidən baxılsın. Həmçinin, Azərbaycanda prioritet sahələr olan kənd təsərrüfatı, turizm sahələrinə əlavə vəsait ayrılmalıdır ki, investisiya layihələri həyata keçirilsin. Bizim qonşu dövlətlərlə birgə layihələrimiz var ki, onlara da vəsait ayrılmalıdır ki, problem olmasın. Sənaye sahəsini də inkişaf etdirmək üçün əlavə maliyyəyə ehtiyac var”.

Qeyd edək ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri 20 127 000 min manat, xərcləri 21 047 000 min manat məbləğində təsdiqlənib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər