Almaniya "Rosneft"-in törəmə şirkətini ABŞ sanksiyalarından azad etməyə çalışır
Tarix: 24-10-2025 13:46 | Bölmə: İqtisadiyyat
Almaniya "Rosneft"-in törəmə şirkətini ABŞ sanksiyalarından azad etməyə çalışır

Almaniya Rusiyanın neft şirkəti "Rosneft"-in törəmə müəssisəsini ABŞ-nın tətbiq etdiyi sanksiyalardan azad etməyə çalışır.

Reyting.az
xəbər verir ki, bu barədə "Reuters" agentliyi hökumət danışıqlarından xəbərdar olan mənbəyə istinadla məlumat yayıb.

Almaniya bu məhdudiyyətləri alman banklarının sanksiyaların yerli enerji təchizatçısı ilə iş görməsinin qarşısını ala biləcəyini bəyan etdikdən sonra aradan qaldırmağa çalışır.

Almaniya İqtisadiyyat Nazirliyinin sözçüsü deyib ki, ABŞ sanksiyaları "Rosnef"-in Almaniya biznesinə şamil edilməməlidir, çünki o, Rusiyanın ana şirkətindən ayrıdır və Almaniyanın nəzarəti altındadır.

Nəşr xatırladıb ki, “Schwedt”, “MiRo” və “Bayernoil” neft emalı zavodlarındakı payları özündə birləşdirən "Rosneft"-in Almaniya törəmə şirkəti 2022-ci ildə Rusiyanın Ukraynaya tammiqyaslı işğalından sonra Almaniya hökumətinin himayəsinə götürülüb.

Nəşrin mənbələrinə görə, əvvəllər "Rosneft" və "Lukoil" şirkətlərinə sanksiyalar tətbiq edən Böyük Britaniya bir neçə gün sonra şirkətlərə "Rosneft"-in iki Almaniya törəmə şirkəti ilə işləməyə şərait yaradan xüsusi lisenziya verib və bu, Almaniya hökumətinin lobbiçilik fəaliyyətindən sonra baş verib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər