18:09 / 26-10-2025
"Neftçi" qələbə qazanıb
Yeddi milyard dollarlıq layihənin icrasına başlayırlar
Tarix: 27-10-2025 07:54 | Bölmə: İqtisadiyyat
Yeddi milyard dollarlıq layihənin icrasına başlayırlar

Səudiyyə Ərəbistanı Krallığı Fars körfəzi ilə Qırmızı dənizi birləşdirəcək, dəyəri 7 milyard dollar olan çox yüksək sürətli dəmir yolu layihəsini təqdim edib. “Quru körpü” (“Land Bridge”) adlanan bu layihə Ciddə, Ər-Riyad və Dammam şəhərlərini birləşdirən 1500 kilometrlik xəttdən ibarət olacaq.

Reyting.az
xəbər verir ki, yeni layihə həyata keçirildikdən sonra Ər-Riyad-Ciddə marşrutu üzrə avtomobillə 12 saata qət edilən məsafəni qatarla cəmi 4 saata getmək mümkün olacaq.

Bu layihə ölkənin dəmir yolu şəbəkəsini 5300 kilometrlik mövcud uzunluqdan 8000 kilometrə qədər genişləndirəcək və Səudiyyə Ərəbistanını bölgənin əsas logistika və nəqliyyat mərkəzinə çevirəcək.

“SAR” şirkəti yük və sərnişin stansiyalarının tikintisini, həmçinin saatda 200 kilometr sürətlə hərəkət edə bilən 15 yeni, müasir qatarın alınmasını planlaşdırır.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər