15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
Ciddə Qülləsi dünyanın ən hündür göydələni olacaq - Foto
Tarix: 27-10-2025 19:51 | Bölmə: İqtisadiyyat
Ciddə Qülləsi dünyanın ən hündür göydələni olacaq

Qırmızı dənizin sahilində ucaldılan Ciddə Qülləsi dünyanın ən hündür binası olmağa hazırlaşır. Yeni tikilinin hündürlüyü 1000 metrə çatacaq. Bu nəhəng inşaat layihəsi Səudiyyə Ərəbistanında həyata keçirilən "Vision 2030" strategiyası çərçivəsindəki modernləşmənin, eləcə də iqtisadiyyatda şaxələnmənin məqsədlərini əks etdirir.

Reyting.az
xəbər verir ki, 2013-cü ildən tikintisinə başlanılan qüllə "Jeddah Economic City" layihəsinin bir hissəsi sayılır.

Müəyyən bir müddət ərzində bu hündür qüllənin tikintisində maliyyə məsələləri ilə bağlı və texniki çətinliklər səbəbindən fasilələr olsa da, tikinti yenidən bərpa edilib və göydələnin 70-ci mərtəbəsinin tamamlandığı bildirilir.

Ciddə Qülləsinin tam başa çatması 2028-ci ilə planlaşdırılır.

Ciddə Qülləsi tamamlandıqdan sonra o, "şaquli şəhər" funksiyasını daşıyacaq. Burada yaşayış mənzilləri və ofislər, otel, ticarət sahələri, müşahidə meydançaları yer alacaq. Hündür binanın aerodinamik, üçbucaq formalı dizaynı güclü küləklərə davam gətirmək üçün xüsusi hazırlanıb.

Bu yeni göydələn layihəsi həm ekoloji, həm də innovativ texnologiyalar sayəsində yeni nəsil dayanıqlı tikililərin simvoluna çevrilir. Səudiyyə Ərəbistanı Krallığının belə bir böyük inşaat layihəsi həm də göstərir ki, əsas istək Yaxın Şərq şəhərlərinin yeni nəsil infrastruktur və modern memarlıq yarışında şəriksiz liderə çevirməklə, ön sıralarda yer almaq iddiasıdır.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı 2025-ci il oktyabrın 7-də milyard dollarlıq "Land Bridge" adlandırılan yeni dəmir yolu layihəsini də təqdim edib. Bu dəmiryolu xətti iki şəhəri - Ciddəni və Ər-Riyadı birləşdirməklə, ölkə üçün çox böyük önəm daşıyan əlaqəlilik və qlobal liderlik hədəflərini möhkəmləndirəcək.



Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər