15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
Laçın şəhərində əmək yarmarkası keçiriləcək
Tarix: 27-10-2025 14:30 | Bölmə: İqtisadiyyat
Laçın şəhərində əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi Laçın şəhərində növbəti əmək yarmarkası keçirəcək.

Reyting.az
xəbər verir ki, tədbir oktyabrın 29-u Laçın şəhərində Azərbaycan Prezidentinin İşlər İdarəsinin "Laçın" İstirahət Kompleksində təşkil olunacaq.

İstirahət Kompleksinin dəstəyi ilə keçiriləcək yarmarkada 20 işəgötürən tərəfindən mühəndis-mexanik, baş mühasib, sürücü, aşpaz, qazanхаnа оperаtоru, nasos qurğularının maşinisti, yanğınsöndürən xilasedici və s. iş yerləri üzrə 121 vakansiya təqdim ediləcək.

Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Həmçinin, işsiz və işaxtaran şəxslərə Agentliyin aktiv məşğulluq proqramları və bu proqramlara müraciət qaydaları barədə də məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər