09:33 / 24-10-2025
Aparat rəhbəri vəfat edib
Süni intellektlə bağlı məsələ müzakirə olunub - Fotolar
Tarix: 24-10-2025 10:55 | Bölmə: İqtisadiyyat
Süni intellektlə bağlı məsələ müzakirə olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” çərçivəsində 2026-cı il üçün yekun nəticə indikatorları üzrə hədəf göstəricilərin dəqiqləşdirilməsi məqsədilə iclas keçirilib.

Reyting.az
xəbər verir ki, onlayn iclasda Strategiya üzrə əsas icraçı orqanlar - Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, İqtisadiyyat Nazirliyinin və Elm və Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, süni intellektin tətbiqi üçün əlverişli şəraitin yaradılması, süni intellekt sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması, cəmiyyətin bütün üzvlərinə süni intellektin faydalarının geniş şəkildə təbliğ edilməsi Strategiyanın əsas hədəfləridir.

İclasda 2025-ci ildə hədəf indikatorlar üzrə həyata keçirilən tədbirlərin cari icra vəziyyəti və 2026-cı il üçün nəticə indikatorları üzrə hədəf göstəricilərin müəyyənləşdirilməsi məsələləri müzakirə edilib.

Onu da qeyd edək ki, “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 19 mart tarixli, 530 nömrəli Sərəncamının 4-cü bəndinə əsasən, Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə edilib.





Bölməyə aid digər xəbərlər