20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
ABŞ Çinin iri şirkətlərinə sanksiya tətbiq edəcək
Tarix: 14-12-2022 11:23 | Bölmə: İqtisadiyyat
ABŞ Çinin iri şirkətlərinə sanksiya tətbiq edəcək

ABŞ bu həftə 30-dan çox Çin texnoloji şirkətinə, o cümlədən ölkənin ən böyük yaddaş çipi istehsalçısı YMTC-yə sanksiya tətbiq edəcək.

Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.

“ABŞ Ticarət Nazirliyi tərəfindən verilmiş xüsusi ixrac icazəsi olmayan təchizatçıların mikrosxemlərin istehsalı üçün ABŞ yarımkeçiriciləri və avadanlıqları almasına qadağa qoyulacaq. ”, – “Bloomberg” yazır.

Agentlik qeyd edir ki, Bayden administrasiyasının bu cür hərəkətləri texnologiya sahəsində Çin-ABŞ münaqişəsinin kəskinləşməsindən xəbər verir. Belə ki, oktyabr ayında ticarət departamenti 28 Çin texnoloji şirkətinin bütün dünyada ABŞ istehsalı olan yarımkeçirici çiplərə çıxışını məhdudlaşdırıb. Bundan başqa, Ticarət Nazirliyi 31 Çin təşkilatını, o cümlədən YMTC-ni ABŞ məhsullarının yoxlanılmamış idxalçıları siyahısına daxil edib.

“Bloomberg” xatırladır ki, bu halda şirkətlər 60 gün ərzində fəaliyyətlərinin ABŞ-ın milli təhlükəsizliyinə təhdid etmədiyini sübut etməli idilər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər