18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Ələt Azad İqtisadi Zonasının imkanları genişləndirilir
Tarix: 14-12-2022 16:51 | Bölmə: İqtisadiyyat
Ələt Azad İqtisadi Zonasının imkanları genişləndirilir

Azərbaycan hökuməti Bakının Qaradağ rayonunda yerləşən Ələt Azad İqtisadi Zonasının imkanlarını artıracaq.

Bunu Zonanın İdarə Heyətinin sədri Valeh Ələsgərov Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda bildirib.

"Hazırda burada iş adamlarının istifadəsi üçün yararlı 60 hektarlıq zonalar var. Bir ildən sonra əlavə olaraq 54 hektar ərazini istifadəyə verəcəyik. Zonanın ümumi ərazisi isə 850 hektar təşkil edir", - deyə o qeyd edib.

"Zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etmək, innovativ texnologiyalar istifadə etməklə xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə verməkdir", - deyə V.Ələsgərov əlavə edib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}