"Banklar haqqında" qanuna əlavə təsdiqlənib
Tarix: 20-12-2022 11:02 | Bölmə: İqtisadiyyat
"Banklar haqqında" qanuna əlavə təsdiqlənib

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Banklar haqqında" qanuna dəyişikliklər III oxunuşda müzakirə edilərək təsdiqlənib.

Reyting.az
xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra sənədləri və yaxud məlumatları Elektron Hökumət İnformasiya Sistemi ilə müvafiq dövlət orqanından (qurumundan) əldə etmək mümkün olduqda, onlar vətəndaşlardan tələb edilməyəcək.

Sənədləri və yaxud məlumatları Elektron Hökumət İnformasiya Sistemi ilə əldə etmək mümkün olmadıqda isə onların təqdim edilməsi müraciət edənin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunacaq və yaxud müraciət edən tərəfindən təmin ediləcək.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}