Mərkəzi Bankın rəhbəri iqtisadçı-ekspertlərlə görüşüb
Tarix: 20-12-2022 21:23 | Bölmə: İqtisadiyyat
Mərkəzi Bankın rəhbəri iqtisadçı-ekspertlərlə görüşüb

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov ölkədəki iqtisadçı-ekspertlərlə görüşüb.

Reyting.az
-ın xəbərinə görə, bu barədə görüşdə iştirak etmiş Əkrəm Həsənov məlumat verib.

Əkrəm Həsənov bildirib ki, görüşdə həmkarları - Rövşən Ağayev, Seymur İbadov, Natiq Cəfərli, Elşad Məmmədov, Xalid Kərimli, Sevil Mikayılova və AMB-nin 9 əməkdaşı iştirak edib.

Ə. Həsənovun sözlərinə görə, görüş çox səmimi və məhsuldar olub. “Dövlət qurumları arasında belə təşəbbüs göstərən hələ olmamışdı. Ən əsası odur ki, məqsəd piar-filan deyildi. Maliyyə bazarlarına (bank, sığorta, qiymətli kağızlar) dair xeyli məsələni (xarici valyuta alışı üzrə 20000 manatlıq limit məsələsi xüsusi yer aldı) müzakirə etdik. İştirakçılar arasında yeganə hüquqşünas-iqtisadçı olduğum üçün qanunvericilik məsələlərini də qaldırdım. Sədr bütün sual və problemlərə dolğun, səmimi və peşəkar cavablar verdi, açıq qalan məsələlərin əlavə araşdırılacağını bildirdi. Belə görüşlərin vaxtaşırı keçirilməsi də qərara alındı”, - deyə Ə. Həsənov əlavə edib.




Bölməyə aid digər xəbərlər
19-04-2024, 10:39 Bitcoin ucuzlaşıb

{sape_links}{sape_article}