20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları təsdiqlənib
Tarix: 28-12-2022 16:05 | Bölmə: İqtisadiyyat
Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsi qaydaları təsdiqlənib

Prezident İlham Əliyev “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında Əsasnamə”yə edilmiş dəyişikliyi təsdiqləyib.

Reyting.az
xəbər verir ki, dəyişikliklərə əsasən, bundan sonra müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edəcək və onun “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna uyğun olaraq dövlət qeydiyyatına alınmasını təmin edəcək.

İndiyə qədər isə müvafiq icra hakimiyyəti orqanı müəssisənin özəlləşdirmə planına uyğun olaraq səhmdar cəmiyyətini təsis edir və təsis sənədlərini qüvvədə olan qanunvericiliyə əsasən dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edirdi.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər