20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Nazirlər Kabineti gömrük rüsumu ilə bağlı qərar verib
Tarix: 30-12-2022 19:59 | Bölmə: İqtisadiyyat
Nazirlər Kabineti gömrük rüsumu ilə bağlı qərar verib

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 31 dekabr 2023-cü il tarixinədək 15 faiz idxal gömrük rüsumundan azad edilib.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac 2 gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Hazırda digər reaktiv mühərriklər üçün yanacaq idxal gömrük rüsumundan azaddır. Qərara əsasən, digər reaktiv mühərriklər üçün 15 faiz idxal gömrük rüsumu müəyyənləşdirilsə də, gələn il dekabrın 31-dək digər reaktiv mühərriklər üçün yanacaq idxal gömrük rüsumundan azad olacaq.

Eyni zamanda “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə edilən dəyişikliyə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın 1 tonu üçün 31 dekabr 2023- cü il tarixinədək 1 manat aksiz dərəcəi müəyyənləşdirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər