20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Daha 5 faydalı qazıntı yatağı hərraca çıxarılır
Tarix: 05-01-2023 18:00 | Bölmə: İqtisadiyyat
Daha 5 faydalı qazıntı yatağı hərraca çıxarılır

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı fevralın 15-də keçirəcəyi hərraca 5 faydalı qazıntı yatağı çıxaracaq.

Reyting.az
xəbər verir ki, bunlar, Xızı rayonundakı "Şurabad" qum yatağı, Balakən rayonundakı “Göyəmtala” gil yatağı, Qazax rayonundakı “Aşağı Salahlı” gil yatağı, “Daş Salahlı-III” sement xammalı yatağı, Ağstafa rayonundakı “Acıdərə” vulkan külü yataqlarıdır.

Başlanğıc qiyməti 4 991 - 166 400 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 8 fevral 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.

Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20). Hərrac elə burada keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər