20:08 / 23-11-2024
"Qarabağ" qalib gəlib
12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Daha 43 dövlət əmlakı özəlləşdirilib
Tarix: 11-01-2023 15:26 | Bölmə: İqtisadiyyat
Daha 43 dövlət əmlakı özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ötən gün keçirdiyi növbəti hərracda 2 səhmdar cəmiyyətinin səhm paketi, 41 nəqliyyat vasitəsi satılıb.

Reyting.az
xəbər verir ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 139 sifariş qəbul olunub.

Hərracda “Bakavtoservis” və "Goranboy Aqrotexservis" ASC-lərinin 30 %-lik səhm paketi özəlləşdirilib.

Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, “Nissan Sunny” markalı avtomobilin ilkin start qiyməti 4 500 manat olsa da, ən son təklif 7 000 manatadək yüksəlib. İlkin start qiyməti 1 000 manat olan “Traktor MTZ-82” markalı nəqliyyat vasitəsi 4 600 manata özəlləşdirilib.

Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə buradan tanış olmaq mümkündür: https://bit.ly/30SU4lu My Webpage

Növbəti hərraclar 24, 27 və 31 yanvar tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 60 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 25-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər