Əfsanəvi futbolçu ölüm döşəyindədir
Tarix: 11-06-2019 17:16 | Bölmə: Xəbərlər
Əfsanəvi futbolçu ölüm döşəyindədir

Hollandiyalı əfsanəvi futbolçu Fernando Ricksen uzun zamandır ağır xəstəliklə mübarizə aparır.

Reyting.az-ın xarici mətbuata istinadla verdiyi xəbərə görə, vəziyyəti daha da pisləşməyə doğru gedən Ricksen tərəfdarlarına bir çağırış edib.

42 yaşlı Ricksen 2000-2006-cı illərdə “Qlazqo Reyncers” klubunda 250 oyunda forma geyinib.

Sonradan “Zenit”də də forma geyən futbolçu tərəfdarlarının xüsusi sevimlisi olmuşdu.

Ancaq futbolçu Als xəstəliyinə tutulduğundan karyerini başa vurub.

Als xəstəliyinə tutulan Ricksen üçün 2015-ci ildə bir yubiley təşkil edilib və 41 min nəfərlik stadion tamamilə dolub. Riksen üçün bir araya gələn əfsanəvi futbolçular arasında Türkiyədən Tugaq Kerimoğlu da olub.

Əfsanəvi futbolçunun sağlıq durumu karyerasını başa vurandan sonra daha da pisləşməyə doğru gedib. Bu müddətdə onun çəkisi 38 kiloqrama qədər azalıb.

İyunun 10-da isə kompüter vasitəsilə danışan Riksen “son gecəsi” üçün tərəfdarlarını və sevənlərini bir yerə dəvət edib.

Ricksen dəvət mesajında deyib: “Mərhəba, bu ayın 28-də özəl bir gecə təşkil edəcəyəm. Bu mənim üçün olduqca çətin, amma son gecəm olacaq. Gəlin və o günü unudulmayacaq bir gecəyə çevirək. ümid edirəm ki, görüşürük. Fernando”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}