Çin TikTok-da ABŞ ilə əməkdaşlıq edəcək
Tarix: 30-10-2025 15:54 | Bölmə: Dünya
Çin TikTok-da ABŞ ilə əməkdaşlıq edəcək

Çin məşhur tətbiq TikTok-un ABŞ aktivlərinin taleyini həll etmək üçün ABŞ ilə əməkdaşlıq edəcəyinə söz verib.

Reyting.az
bildirir ki, bu barədə məlumatı "Bloomberg" agentliyi yayıb.

Çinin Ticarət Nazirliyi 30 oktyabrda TikTok ilə bağlı məsələləri dəqiq şəkildə həll etməyə sadiq olduğunu bildirsə də, konkret detallar təqdim etməyib.

Trampın təklif etdiyi razılaşma, TikTok-un ABŞ aktivlərinin əsasən ABŞ investorlarına məxsus yeni bir quruma çevrilməsini və milli təhlükəsizlik qanunlarının tələb etdiyi kimi ByteDance-ın payının 20 faizdən aşağı endirilməsini nəzərdə tutur.

Əgər razılaşma olarsa, Pekin və Vaşinqton arasındakı münasibətlərdə davamlı bir problemi həll edəcək.

27 oktyabrda ABŞ və Çinin danışıq qruplarının Donald Tramp və Si Cinpin arasında gözlənilən görüşdən əvvəl iki ölkə arasında ticarət sazişi üçün "çərçivə" barədə razılığa gəldikləri bildirilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər