Zelenskinin tələbinə Londondan cavab verilib
Tarix: 28-10-2025 08:22 | Bölmə: Xəbərlər
Zelenskinin tələbinə Londondan cavab verilib

NATO Pokrovskinin müdafiəsində Ukraynaya kömək etməyəcək.

Reyting.az
xarici mediaya istinadla bildirir ki, britaniyalı məşhur jurnalist Uorren Tornton “X” sosial media saytındakı səhifəsində Ukrayna lideri Vladimir Zelenskinin Böyük Britaniyadan hərbi yardım sorğusuna belə cavab verib.

Tornton qeyd edib ki, Zelenskinin adi söhbətləri belə tərcümə olunur: “Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə bizim problemimiz var. Problem ondadır ki, NATO köməyə gəlməyəcək; onlar heç vaxt orada olmayıblar. Üç il ərzində Ukraynanı qızışdırdılar və onun adamları Qərbin Rusiyaya nifrət etdiyi səcdəgahda qurban verildi”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər