15:19 / 27-10-2025
Sel olacaq - Xəbərdarlıq
Qırıcılarımız Bakı səmasında - Video
Tarix: 27-10-2025 18:03 | Bölmə: Xəbərlər
Qırıcılarımız Bakı səmasında - Video

Bakıda 8 Noyabr Zəfər Günü münasibətilə keçiriləcək hərbi parada hazırlıqlar davam edir.

Reyting.az
“Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən məlum olur ki, hazırlıq tədbirləri çərçivəsində Azadlıq meydanı və ətraf ərazilərdə Azərbaycan Hərbi Hava Qüvvələrinin təlim uçuşları həyata keçirilib. Bakı səmasında bir neçə “Su-25” qırıcı təyyarəsi də görülüb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr Sərəncamına əsasən, 8 noyabr tarixi Azərbaycanda Zəfər Günü kimi qeyd edilir.





Bölməyə aid digər xəbərlər
22-10-2025, 14:41 Yeni medal təsis edilib