16:07 / 31-05-2025
Saleh Səmədov həbs olunub
İdman klubunun üzvləri şəhidlərimizi anıb - Foto
Tarix: 31-08-2019 23:28 | Bölmə: Xəbərlər
İdman klubunun üzvləri şəhidlərimizi anıb

Bu gün Qubadlı rayonunun ermənilər tərəfindən işğalından 26 il ötür. Həmişə olduğu kimi, bu gün də ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib, Vətən aşiqlərinin xatirəsini anıblar.

Reyting.az
xəbər verir ki, Qubadlı idman klubunun məşqçi və tələbə heyəti də Şəhidlər Xiyabanını ziyarət edənlər sırasında olub. İdman klubunun prezidenti Akşin Hüseynov deyib ki, gənclər Vətən yolunda şəhid olanlar haqqında daha geniş məlumata malik olmalıdır.

Onun sözlərinə görə, gənclərin Şəhidlər Xiyabanını ziyarət etməsi həm də vətənpərvərlik ruhunun yüksəlməsinə səbəb olur, düşmənə qarşı mübarizliyi artırır.

A. Hüseynov bildirib ki, işğaldakı ərazilərin düşməndən təmizlənməsi və şəhidlərin xatirəsinin uca tutulması idmançıların da əsas borclarından biridir: “Biz bunu özümüzə borc bilirik və əminəm ki, inşallah, bir gün şəhidlərimizin intiqamını alaraq, işğaldakı ərazilərmizi düşmən tapdağından xilas edəcəyik”.

İdman klubunun üzvləri şəhidlərimizi anıb




Bölməyə aid digər xəbərlər