BMT: "İsrail bütün təklifləri rədd etdi"
Tarix: 29-05-2025 00:32 | Bölmə: Xəbərlər
BMT: "İsrail bütün təklifləri rədd etdi"

"İsrail BMT-nin yardım qruplarının Qəzzaya yardım paylamasına mane olmaqda davam edir".

Reyting.az
xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri BMT Baş katibinin sözçüsü Stefan Dujarrik mətbuat konfransında deyib.

O, İsrailin beynəlxalq hüququ pozduğunu və Qəzzaya təcili ehtiyac duyulan humanitar yardıma imkan vermədiyini bildirib: "Halbuki, İsrail buna məcburdur. Bizim bunun üçün yardım keçidlərə və Qəzzaya maneəsiz girişə ehtiyacımız var. Lakin İsrail BMT-nin ümumi koordinasiya etdiyi altı yardım layihəsi təklifinin hamısını rədd etdi".

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər