Şirazda məhkəmə hakimi öldürülüb
Tarix: 27-05-2025 12:24 | Bölmə: Xəbərlər
Şirazda məhkəmə hakimi öldürülüb

Bu gün səhər saatlarında İranın Şiraz şəhərində terror aktı nəticəsində iranlı məhkəmə hakim həlak olub.

Reyting.az
İran KİV-lərinə istinadla xəbər verir ki, Şiraz şəhəri 2 saylı Cinayət Məhkəməsinin 102 saylı şöbəsinin müdiri hakim Ehsan Bağeri işə gedərkən terror aktının qurbanına çevrilib.

Ədliyyə orqanının rəhbəri cinayətkarlar barəsində xüsusi və təcili istintaqın aparılması və terrorçuların həbsi barədə göstəriş verib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər