16:07 / 31-05-2025
Saleh Səmədov həbs olunub
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)
Tarix: 31-05-2025 16:52 | Bölmə: Slayd
Laçına növbəti köç karvanı gedib - (Yenilənib)

Bu gün Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.

Reyting.az
xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə (153 nəfər) köçürülür.

Bakı şəhərindən - 1 ailə (2 nəfər), Ağcabədi rayonundan - 13 ailə (59 nəfər), Bərdə rayonundan - 13 ailə (45 nəfər), Sumqayıt şəhərindən - 4 ailə (18 nəfər), İsmayıllı rayonundan - 2 ailə (11 nəfər), Abşeron rayonundan - 2 ailə (7 nəfər), İmişli rayonundan - 2 ailə (6 nəfər), Beyləqan rayonundan - 1 ailə (5 nəfər) Bəylik kəndinə köçürülür.

Onu da qeyd edək ki, bu gün yola salınan köç də daxil olmaqla, Bəylik kəndinə 89 ailənin (363 nəfər) köçürülməsi təmin olunub.

***

Bakıdan yola salınan köç karvanı Laçının Bəylik kəndinə çatıb.

Reyting.az
xəbər verir ki, doğma yurda qayıdan sakinlərə mənzillərinin açarları təqdim edilib.

Qeyd edək ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə - 153 nəfər köçürülüb.




Bölməyə aid digər xəbərlər
24-05-2025, 17:12 Aydan başqa Ay da var
23-05-2025, 09:45 G7 böyük vədlər verir