Yarış zamanı avtomobil tamaşaçılara çırpılıb
Tarix: 26-05-2025 13:33 | Bölmə: Xəbərlər
Yarış zamanı avtomobil tamaşaçılara çırpılıb

Polşada avtomobil yarışı zamanı sürücünün sükana nəzarəti itirməsi və avtomobilin tamaşaçılara çırpılması nəticəsində dördü ağır olmaqla 18 nəfər xəsarət alıb.

Reyting.az
xəbər verir ki, Polşanın Krosno hava limanında keçirilən avtomobil yarışı zamanı 27 yaşlı sürücünün törətdiyi qəzadan sonra bölgəyə çoxlu sayda yanğınsöndürmə briqadası, təcili tibbi yardım maşınları və helikopterlər göndərilib.

Polis qəza ilə bağlı araşdırmaya başlayıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər