Putinlə Fidan arasında görüş olub
Tarix: 26-05-2025 23:42 | Bölmə: Xəbərlər
Putinlə Fidan arasında görüş olub

Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin Xarici işlər naziri Hakan Fidan arasında görüş olub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Qeyd olunur ki, görüş bir saat davam edib.

Türkiyə Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə, görüşdə Ukrayna və Rusiya arasında müharibəyə son qoymaq üçün son təşəbbüslər, iki ölkənin rəsmiləri arasında mayın 16-da İstanbulda keçirilən danışıqlardan sonra baş verən proseslər, habelə iqtisadiyyat və enerji sahəsində ikitərəfli məsələlər müzakirə edilib.

H. Fidan bu gün həmçinin Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə də görüşəcək. Onun sabah həmkarı Sergey Lavrovla da görüşü gözlənilir.

***

Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin Xarici işlər naziri Hakan Fidanın müzakirə etdiyi məsələlər açıqlanıb.


Bu barədə “Sabah” nəşri məlumat yayıb.

Qeyd olunub ki, onlar Rusiya-Ukrayna müharibəsi, Türkiyənin mümkün vasitəçiliyi, Suriyadakı son vəziyyət barədə danışıblar. Təfərrüatlar isə açıqlanmayıb(Report).




Bölməyə aid digər xəbərlər