Cəlilabadda 37 yaşlı şəxs öldürülüb - (Yenilənib)
Tarix: 30-05-2025 09:03 | Bölmə: Xəbərlər
Cəlilabadda 37 yaşlı şəxs öldürülüb - (Yenilənib)

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

Hadisə Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.

Belə ki, şəhər sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu ürəyindən bıçaq xəsarəti alıb.

Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

***

Cəlilabad sakini, 1988-ci il təvəllüdlü Hüseynov Bəhruz Ədalət oğlu qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Məlumata görə, həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Orxan Əkbərov polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Qeyd edək ki, hadisə ötən gün Cəlilabad şəhərinin Səttərxan küçəsində qeydə alınıb.

B.Hüseynov ürəyindən bıçaq xəsarəti alıb.

Yaralı rayon mərkəzi xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır(Report).




Bölməyə aid digər xəbərlər