Rusiya yenidən hücuma hazırlaşır
Tarix: 29-05-2025 13:35 | Bölmə: Xəbərlər
Rusiya yenidən hücuma hazırlaşır

Rusiya Sumı istiqamətində Ukraynaya hücum etmək üçün Kursk vilayəti ərazisində kifayət qədər hərbi qüvvə toplayıb.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin (GBSU) mətbuat katibi Andrey Demçenko deyib.

Onun sözlərinə görə, ruslar Kursk vilayəti daxilində şəxsi heyət və texnika baxımından kifayət qədər böyük qüvvə və resurslara malikdirlər.

A. Demçenko əlavə edib ki, Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin bölmələrini Kursk vilayəti istiqamətində sıxışdırmağa hazırlaşır:

“Düşmənin orada bizim sərhədimizə qarşı əməliyyatlar keçirmək, faktiki olaraq Ukrayna ərazisinə hücuma cəhd etmək üçün kifayət qədər qüvvəsi var”.

O qeyd edib ki, rusların diversiya qruplarının fəallığı azalmır. Onlar ən çox Sumı vilayətində fəallıq göstərirlər.

ELÇİN




Bölməyə aid digər xəbərlər