16:07 / 31-05-2025
Saleh Səmədov həbs olunub
Sabah hava necə olacaq? - Proqnoz
Tarix: 31-05-2025 12:17 | Bölmə: Cəmiyyət
Sabah hava necə olacaq? - Proqnoz

Bakıda və Abşeron yarımadasında iyunun 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Reyting.az
xəbər verir ki, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 31-36° isti, dağlarda gecə 10-15° isti, gündüz 22-27° isti olacaq.




Bölməyə aid digər xəbərlər