Qarabağın Azərbaycanlı İcması bəyanat yaydı
Tarix: 12-09-2019 20:41 | Bölmə: Xəbər lenti
Qarabağın Azərbaycanlı İcması bəyanat yaydı

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması Fransa Parlamentinin bir qrup üzvünün işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar bəyanat yayıb.

İcmadan Reyting.az-a verilən məlumata görə, bəyanatda deyilir:

"Ermənistan KİV-rində yayılmış məlumata əsasən, Fransa Parlamentinin bir qrup üzvü Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edərək, cinayətkar işğalçı rejimin "nümayəndələri” ilə görüşlər keçirib və bir sıra "tədbirlər”də iştirak ediblər.

Azərbaycanın beynəlxalq tanınmış sərhədləri daxilində ölkəmizin suverenliyini tanıyan, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olan Fransanın Parlament üzvlərinin Dağlıq Qarabağa səfəri təxribat xarakteri daşıyır və vasitəçiliyi həyata keçirən ölkənin tutduğu mövqeyə uyğun gəlmir.

Biz, Dağlıq Qarabağın azərbaycanlı icması olaraq, belə səfərin qəbuledilməz olduğunu bəyan etməklə yanaşı, Fransa hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı atılan addımların qarşısının alınması üçün tədbirlərin görülməsinə çağırırıq. Azərbaycanın işğal altında olan torpaqları azad edilmədiyi və azərbaycanlıların öz torpaqlarına geri dönmədiyi təqdirdə, qanunsuz cinayətkar rejim tərəfindən həyata keçirilən istənilən təxribat xarakterli addım və işğalın nəticələrinin "legitimləşdirilməsinə” yönələn "cəhdlər” heç bir nəticə verməyəcək və bizim öz torpaqlarımıza geri dönməyimizi əngəlləyə bilməyəcək".скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}