Şuşada külli miqdarda silah-sursat aşkarlanıb
Tarix: 15-09-2025 18:00 | Bölmə: Xəbərlər
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb

Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində külli miqdarda silah-sursat aşkar edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və Azərbaycan Minatəmizləmə Agentliyi birgə məlumat yayıb.

Bildirilib ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Daxili İşlər Nazirliyi ilə birgə Azərbaycan Respublikasının Qarabağ ərazisində qanunsuz odlu silah və partlayıcı maddələrin saxlanıldığı gizli saxlanc yerlərinin axtarışı ilə bağlı görülmüş tədbirlər nəticəsində Şuşa rayonunun Kiçik Qaladərəsi kəndi ərazisində xeyli sayda silah-sursat aşkar edilərək götürülüb.

"Göstərilən istiqamətdə Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat-axtarış tədbirləri davam etdirilir", - məlumatda qeyd olunub.




Bölməyə aid digər xəbərlər